AZ

“Neftçi” üç dəqiqəyə iki qol vurdu, yenə qələbə qazanmadı - REPORTAJ

Neftçi (Bakı) – Şamaxı 2:2 (2:2)
93. Rza Cəfərov (k) – 5,5
8. Emin Mahmudov – 5,0
3. Höccət Haqverdi – 5,0
47. Murad Məmmədov – 6,5
(90. Ramil Şeydayev, 60) – 5,0
14. Edvin Kuç – 5,0
(17. Rəhman Hacıyev, 83) – qiymətsiz
4. Mark Tamaş – 5,5
99. Ervin Koffi – 5,0
44. Yuri Matias – 5,0
11. Kilan Lebon – 5,0
(6. Rafael Quzzo, 70) – 5,0
22. Dembo Darbo – 5,0
(77. Yeqor Boqomolski, 60) – 5,0
88. Andrey Ştoqrin – 5,0
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rüstəm Samiqullin
7. Azər Əliyev
91. Ağadadaş Salyanski
23. Robert Bauer
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Murad Məmmədov

1. Rikardo Fernandes – 5,0
4. Adil Nağıyev (k) – 5,0
8. İlkin Muradov – 5,0
17. Rafael Məhərrəmli – 5,0
5. Arsen Ağcabəyov – 5,0
82. Rüfət Abbasov – 5,5
(19. Fəxri Məmmədli, 87)
32. Vasiliye Radenoviç – 5,0
(60. Səbayıl Bağırov, 70) – 5,0
20. Leroy Mikels – 6,5
(10. Emin Zamanov, 90+2) – qiymətsiz
93. Brahim Konate – 6,0
7. Giorgi Kantariya – 5,0
(6. Rauf Rüstəmli, 70) – 5,0
9. Belajdi Pusi – 5,0
(22. Qurban Səfərov, 87) – qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
80. Zahid Mərdanov
24. Edqar Adilxanov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Leroy Mikels

Qollar: D.Darbo, 1 (1:0, M.Məmmədov). M.Məmmədov, 3 (2:0, M.Tamaş). B.Konate, 29 (2:1, R.Abbasov). L.Mikels, 43 (2:2).
Vərəqələr: G.Kantariya, 15 (qeyri-idman hərəkəti). E.Mahmudov, 20 (qeyri-idman hərəkəti). K.Lebon, 41 (qeyri-idman hərəkəti). İ.Muradov, 63 (qeyri-idman hərəkəti). B.Pusi, 77 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Rahil Ramazanov, Nicat İsmayıllı (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
8 noyabr. Bakı. “Neftçi Arena”. 1100 tamaşaçı (11000 yerlik).
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Matçın favoriti “Neftçi” idi. İstər heyət, istər “doğma divarlar” amili, istərsə də son turlarda əldə edilən nisbətən uğurlu nəticələr meydan sahiblərinin 3 xala daha yaxın olduğuna işarə edirdi. Qısası, beş oyundu qələbəyə həsrət qalan, bunların dördündə uduzan “Şamaxı”nın çətin sınaq qarşısında olduğu şübhə doğurmurdu. Bakılılar ilk üç dəqiqədə iki qol vurandan sonra azacıq şübhələr də aradan qalxdı. Artıq 27-ci saniyədə Muradın məhsuldar ötürməsi, Darbonun qolu sayəsində hesab açıldı. Bakılıların ikinci dəfə fərqlənməsini də çox gözləmədik. Tamaşın uzaqdan ötürməsini ön xətdə qəbul edən Murad fərqi artırdı. O, Arsenin təzyiqinə baxmayaraq, əla aşırma zərbə ilə Fernandesi, demək olar ki, çarəsiz qoydu. Düzdü, yan xətt hakiminin ofsayd bayrağını qaldırması “Neftçi”nin qol sevinci yaşamasını yubatdı. Lakin epizodu VAR-da incələyən Həmzəzadə qayda pozuntusu tapmadı. Belədə “Şamaxı” 3-cü dəqiqədə hesabda 0:2 geri düşdü.

Bəli, “şirlər”in ruhdan düşəcəyini, məğlubiyyətlə barışacağını proqnozlaşdırmaq mümkün idi. Amma belə olmadı. 29-cu dəqiqədə qonaqlar cinahdan hücum qurdu, Rüfət topu cərimə meydançasına ötürdü, Konate isə gözəl qolla fərqi azaltdı. Bölgə təmsilçisi növbəti qolu 43-cü dəqiqədə Eminin səhvi üzündən vurdu. Onun cərimə meydançası ətrafında topu itirməsindən yararlanan Mikels Darbonu da arxada qoyub “çərçivə”ni nişan aldı. Komandalar fasiləyə “sülh”lə yollandı. İkinci hissə həm meydan sahiblərinin, həm də qonaqların hücum cəhdləriylə müşayiət olundu. Hər halda, hesab dəyişmədi. Ona görə ki, “Şamaxı”nın fürsətlərini Konate və Mikels, “Neftçi”nin qol vəziyyətlərini isə Ştoqrin, Boqomolski və Quzzo boşa verdi. Nəticədə hərəyə bir xal düşdü. Bu, “Neftçi”nin millinin oyunlarıyla bağlı fasiləyə narahat yollanmasına səbəb oldusa, “Şamaxı” bir qədər özünə gəldi.

Gözdən qaçmadı
* Komandalar meydana “Vətən bağı al-əlvandı” sözləri yazılan pankartla, məhz “Neftçi” isə Zəfər Gününə həsr olunan xüsusi forma ilə çıxdı. “Forza Neftçi” isə “Vətən sizin mədfəniniz, bizə əmanətinizdi” ifadəsi yazılan pankart açdı.
* Samir Abasovun köməkçisi Domeniko Cordano 90+5-ci dəqiqədə icazəsiz meydana çıxdığı üçün sarı vərəqə aldı.

KƏNAN BAHADIR

Seçilən
48
football-plus.az

1Mənbələr