Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyuna çıxacaq.
"Operativ Media" xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv V turdan Estoniyanı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüşə saa 18:00-da start veriləcək.
Azərbaycan yığması qrupda Estoniyaya birinci oyunda uduzub – 1:3.
UEFA Millətlər Liqası
C Liqası, V tur
16 noyabr
18:00 Azərbaycan – Estoniya 0:0
Qəbələ şəhər stadionu