Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Siyasətçilər arasında söhbət şənbə günü, noyabrın 16-da baş tutub. Bu zaman Paşinyan Trampa müxtəlif məlumatlar verib. O cümlədən son illərdə ABŞ və Ermənistan arasında münasibətlərin inkişafı, eləcə də onların hazırkı vəziyyəti haqqında danışılıb. Eyni zamanda amerikalı siyasətçinin cavabı ilə bağlı heç nə məlum deyil. Bundan əlavə, Ermənistan rəhbəri Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31