AZ

COP29-da iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıq əldə olunub

Danışıqlar prosesində bugünədək Paris Sazişinin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıqlar əldə olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinreym ilə görüşündə məlumat verib.

Nazir, həmçinin COP29 sədrliyimiz, aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ölkəmizin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində apardığı səyləri nəticəsində COP29-un ilk günündə sessiyanın gündəliyinin razılaşdırılmasının gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Seçilən
2
17
operativmedia.az

10Mənbələr