Avstriyalı idxalçı OMV Marketing und Trading noyabrın 16-da yerli vaxtla saat 6:00-dan etibarən "Qazprom Export"dan qaz almağı dayandırıb. Bu barədə Reuters enerji şirkətinə istinadən məlumat yayıb.
"Biz təsdiq edirik ki, bu gün saat 6:00-dan bəri qaz verilmir", - OMV sözçüsü bildirib.
Avstriyanın E-Control tənzimləyicisinin rəhbəri Alfons Haberin sözlərinə görə, Rusiya qaz idxalının dayandırılmasından sonra ölkəyə tədarük həcmi 12-15% azalıb.
Oxuməni.az