Azərbaycan millisi UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunda Estoniyaya qarşı 5-ci tur oyununa çıxıb.
Ucnoqta.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş oyundan sonra baş tutan mətbuat konfransında 0:0 hesabla yekunlaşan matçı şərh edib:
"Rəqibin qapıçısı çox yaxşı oyun sərgilədi. İlk 20 dəqiqə bərabər səviyyəyə keçdi. Hər iki tərəfin təhlükəli epizodları oldu. 20-ci dəqjqədən sonra millimiz oyunu yalnız hücumda keçirdi, rəqibə təhlükəli epizod vermədi. Oyunçularım qələbə qazanmaq üçün çalışdı. Cərimə və kənardan cinahlardan asmalar, ötürmələr verməyə çalışdıq. Futboldur, belə şeylər olur. Deyərdim ki, bugünkü oyuna yanaşma fərqli idi, sona qədər qələbə qazanmaq istəyirdik. Rəqibin də haqqını vermək lazımdır, yaxşı müdafiə olundu".
Portuqaliyalı mütəxəssis ardıcıl 5 oyunda oyunların xal itkisi ilə nəticələnməsi ilə bağlı fikirlərini bölüşüb:
"Son üç oyunda rəqibdən daha yaxşı oyun nümayiş etdiririk. Öncəki oyunlara nəzər yetirsək, səhvlərdən qollar buraxırdıq. Amma müdafiə yaxşı oynadı bu gün. Bugünkü oyunda çatışmayan qol oldu. Əvvəlkindən fərqli bir oyun idi. Oyunçular əllərindən gələni etdilər ki, qələbə qazansınlar".///ofsideplus