AZ

“Baş verən qəzaların 50 faizində günahkar piyadalardır” – Ekspert

Son günlər piyada ölümləri ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artıb. Təkcə bu ilin 9 ayı ərzində 520 nəfər yol qəzalarında həlak olub.

Məsələylə bağlı Redaktor.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov baş verən qəzaların səbəbkarının sürücülər və piyadalar olduğunu dedi.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsi baş verdikdə piyadalar yox, sürücülər məsuliyyətə cəlb edilir:

Eldəniz“Baş verən yol-nəqliyyat hadisələrini təhlil etdikdə görürük ki, burda təxminən hadisələrin 50 %-ində piyadalar elə özü günahkardır. Xüsusən də magistral, şosse yollarında, şəhərin içində olsun belə çoxzolaqlı yollarda piyadalar məsuliyyətsizlik edirlər. Demək olar ki, özlərini avtomobilin altına atırlar. Amma belə olan halda piyada cəmi 20 AZN cərimə oluna bilir. Problem ondan ibarətdir ki, sonra həmin cəriməni piyadadan almaq da bir az müşkül işə çevrilir. Düşünürəm ki, məsuliyyətsiz piyadalara qarşı da tədbirlər sərtləşdirilməlidir. Bu gün hər hansı bir piyada sürətli avtomobil yolunda özünü maşının altına atsa və sürücü onu vursa, yenə də sürücü məsuliyyətə cəlb olunur. Hələ bu günə kimi piyadanın məsuliyyətə cəlb olunduğunun şahidi olmamışam. Ona görə də düşünürəm ki, biz məsələnin kökünü burda axtarmalıyıq”.

Vasif ƏLİHÜSEYN  

 

Seçilən
30
2
redaktor.az

3Mənbələr