Bakı. Trend:
Tramp və Mask arasında münasibətlər Çinə yanaşma ilə bağlı fikirayrılıqları səbəbindən gərginləşə bilər.
Trend xəbər verirki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Teslaşirkətinin sahibi İlon Mask arasında münasibətlər, Vaşinqtonun Çinəyanaşması ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşəbilər.
Tesla'nın "gigafabriki"nin Şanxayda yerləşdiyini və Maskın aprelayında Çin Baş naziri Li Qiang ilə görüşündə, Şanxaydakı zavodunuşirkətin ən yaxşı müəssisəsi adlandıraraq, Tesla-nın Çin XalqRespublikası ilə əməkdaşlığı daha da gücləndirmək niyyətindəolduğunu bildirdiyi qeyd edilir.
Maskın "Çin əlaqələri", onun Trampla münasibətlərinə və bunagörə də ABŞ hökumətindəki mövqeyinə mənfi təsir göstərə bilər.
Nyu-Yorkdakı Asia Society Policy Institute analitik mərkəzinineksperti Neil Thomas, "Tramp və Mask arasında mübahisə baş verəbilər, çünki Mask Çinə qarşı sərt iqtisadi siyasətləridəstəkləməyəcək" deyə bildirib. Lakin o, ixtilafın qarşısınıalmağın mümkün olduğunu və Maskın Trampın Pekinə qarşı siyasətininformalaşmasına kömək edəcəyini də istisna etməyib.
Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində qalibgələn Tramp, seçki proqramında Çindən idxal olunan mallara 60%rüsum tətbiq etməyi təklif edib. Bloomberg-in hesablamalarına görə,Çin Vaşinqtonun idxal tariflərini artırmasına cavab olaraqstimullaşdırıcı monetar və fiskal siyasət tətbiq edə, həmçininyuanı devalvasiya edə bilər.
“Financial Times” qəzeti isə yazır ki, Pekin, Trampın yeniadministrasiyası dövründə ABŞ-la ticarət müharibəsininkəskinləşməsi halında Amerika şirkətlərinə qarşı güclü əkstədbirlər hazırlayıb.
Əvvəlki Tramp administrasiyası Çinə qarşı ticarət müharibəsibaşlatmış və 370 milyard dollarlıq Çin malına tariflər tətbiqetmişdi. Çin rəsmilərinin fikrincə, bu addım təkcə Çin şirkətlərinədeyil, həm də amerikalı istehlakçılara mənfi təsir göstərib.