AZ

Abxaziya prezidenti söz verdi - Ölkədə vəziyyəti sabitləşdirəcək

Abxaziyada vəziyyət hüquqi bazaya qaytarılacaq və sabitləşəcək.

Teleqraf.com xəbər verir ki, bunu ölkə prezidenti Aslan Bjaniya bildirib.

“Heç bir təzyiqə boyun əyməyin. Prezident var, qanun var, vətən var. Siz və mən ona xidmət etməliyik”, - deyə dövlət başçısı bildirib.

Bjaniyanın sözlərinə görə, etirazçılar Abxaziyanın yalnız Suxumdakı hökumət binaları kompleksinə nəzarət edirlər. Dövlət çevrilişi cəhdinə baxmayaraq, hökumət və digər hakimiyyət orqanları gücləndirilmiş iş rejimində işləməkdə və ölkədəki vəziyyətə tam nəzarət etməkdə davam edir.


Müəllif: Arzu
Seçilən
24
teleqraf.com

1Mənbələr