AZ

“Qaz təsərrüfatı olan evlərdə mütləq dedektorlar olmalıdır” – Elmar Nurəliyev

Hər il havalar soyuyanda dəm qazından boğulma hallarının da sayı artır. Dünən gənc şair Rauf Ranın da dəm qazından boğularaq faciəvi şəkildə vəfat etməsi dostlarını dərindən kədərləndirdi.

Bəs dəm qazından boğulmamaq üçün nə etməliyik?

Redaktor.az-ın sualını təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev cavablandırdı.

Ekspertin sözlərinə görə, qaz təsərrüfatı harda varsa orda təhlükəsizlik məsələsi ön planda olmalıdır:

“Nəzərə almaq lazımdır ki, qazın fiziki-kimyəvi xassəsi yanır, partlayır, düzgün istismar olunmadıqda dəm qazına səbəb olur. Ona görə qaz təsərrüfatı olan evlərdə dəm qazı və qaz sızması əleyhinə dedektorlar olmalıdır. Bu qanunvericilikdə də təsdiq olunub. Ümumiyyətlə, dəm qazı yanma prosesi düzgün getmədikdə yaranır. Standartlara uyğun olmayan qaz sobalarından istifadə etdikdə, tüstü bacaları nasaz vəziyyətdə olduqda dəm qazının əmələ gəlmə riski yaranır.  Ona görə də qaz cihazı olan yerdə mütləq bu birinci şərtdir ki, havalandırma olsun. Bu səbəbdən də təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Dəm qazı əsasən hamam otaqlarında yaranır. Bunun da səbəbi odur ki, orda qaz cihazı var. Amma təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazlarının olması yolverilməzdir. Bununla yanaşı, tüstü bacaları da hər il ən azı iki dəfə təmizlənməlidir”.

Vasif ƏLİHÜSEYN

 

Seçilən
42
redaktor.az

1Mənbələr