Bakıda səfərdə olan "Barselona"nın prezidenti Joan Laporta Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşəcək.
QOL.az-ın əldə etdiyi xəbərə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı məqsədi ilə ölkəmizə gələn Laporta sabah futbol akademiyalarımızın yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olacaq.
Qeyd edək ki, Joan Laporta Bakıya bu gün səfər edib.