İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları 2024-cü il noyabrın 16-da səhər saatlarında Livan paytaxtının cənub kənarında növbəti hücumu həyata keçirib.
Ərazidə “Hizbullah2 şiə təşkilatının obyektləri yerləşir. Qeyd olunur ki, basqın Haret-Horeik məhəlləsində başlayıb və ilk zərbələr yerüstü hədəflərə edilib.
Ərazidəki bəzi binalar artıq dağılıb, partlayışlardan tüstü sütunları səmaya qalxır. İsrail ordusunun nümayəndəsinin əhaliyə qarşıdan gələn hava hücumları ilə bağlı xəbərdarlıq etdiyi vurğulanır.
//Samir Qurbanov, Editor.az