Bakı. Trend:
Bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçisi ABŞkonqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətləralması barədə birgə bəyanat yayıb.
Trend bəyanatıtəqdim edir:
“Biz – bir qrup Azərbaycan QHT təmsilçiləri AzərbaycanRespublikasının hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıyagəlmiş ABŞ konqresmeni Frank Peloninin göstərişi ilə onunmühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldığımızıbəyan edirik.
İslamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞkonqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir,onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub.O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrləAzərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib.Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib.
Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelinqarşısında dinc etiraz aksiyası keçirirək Azərbaycan xalqından üzristəməsini tələb etmişik. O, müharibə cinayətkarına himayəçilikedən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhz edilib, əraziekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlimdəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindəndəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək.Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücumetmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib.
Dinc aksiya zamanı Frank Peloninin mühafizəçiləri bizlərəçoxsaylı xəsarətlər yetirib. Bədənimizin müxtəlif yerlərindənmüxtəlif dərəcəli zədələr almışıq.
Bizim həyatımızı yerli hüquq mühafizə orqanları xilas edə bildi.Aksiyanın foto və videoları ictimailəşib. Biz həmin görüntülərinaraşdırılmasını, Frank Peloninin mühafizəçiləri, Azərbaycansərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhədpozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini tələbedirik.
Frank Peloni Azərbaycanda ədalət mühakiməsinə cəlb olunmalıdır.
Biz hüquq mühafizə orqanlarına məruz qaldığımız şiddət vəxəsarətlər barədə rəsmi ərizə ilə müraciət edəcəyik”.
İmza:
Könül Behdudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyininsədri
Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimaiBirliyinin sədri
Naibə Behdudova – “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimaiBirliyinin sədri
Qəmzə Yusubova - Ekoloji Maarifçilik və Monitorinq İctimaiBirliyinin sədri
Rahilə Mehtiyeva - "Sosial-iqtisadi və Ekoloji İnkişaf" İctimaiBirliyinin sədri
Amin Məmmədov - “Environmental Protection First” Koalisiyasınınhəmtəsisçisi
Asim Məmmədov - “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri
Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri
Nailə İsmayılova - Yeni Həyat Humanitar Və Sosial Dayaq İctimaiBirliyi
Fatma Hacıyeva - "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimaiBirliyinin sədri
Fuad Kərimli - İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimaiBirliyinin fəalı
Elçin Muxtarlı - Sağlamlığa Xidmət İctimai Birliyinin sədri
Zülfiyyə Nuriyeva - Sosial-İqtisadi və Kənd Təsərrüfatınıİnkişafına Dəstək İctimai Birliyinin sədri
Ruxsarə Axundova - “Könül Evi”Aztəminatlı Ailələrə Yardım İctimaiBirliyinin sədri
Mehriban Abdullayeva - “Demokratik Cəmiyyət və Qadın HüquqlarınınMüdafiəsi” İctimai Birliyinin sədri
İradə Rizazadə - Vətəndaşların Sosial Rifahi Naminə İctimaiBirliyinin sədri
Rəşad Mehdiyev- "Gilavar Foto Klubu" İctimai Birliyinin sədri
Elşad Məmmədli - Vətəndaş Maarifləndirməsi İctimai Birliyininfəalı
Araz Əhmədov - "İnternat Məzunlarının Sosial İnteqrasiyasi" Gənclərİctimai Birliyinin sədri
Cəsarət Hüseynzadə - İnformasiya və Sosial Təşəbbüslərə Dəstəkİctimai Birliyinin sədri
Mahirə Əmirhüseyova - XXI əsrin Qadınları İctimai Birliyininsədri
Ədil Ədilzadə - Yeni Həyat-İqtisadi İnkişaf İctimai Birliyininsədri
Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyininsədri
Dünyaxanım Əliyeva – “Dünya, Ana və Uşaqlar” İctimai Birliyininsədri