AZ

Bakıda “Karbon tutulması: daha təmiz gələcək” mövzusunda müzakirələr keçirilib

Bakıda Mühafizəkar İqlim Fondunun təşkilatçılığı ilə noyabrın 16-da COP29 çərçivəsində "Karbon tutulması: daha təmiz gələcək" mövzusunda müzakirələr keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən "ClearPath Vaşinqton”un baş direktoru Ceremi Harrell təmiz enerji və iqlimin qorunması barədə danışıb. O, ABŞ-ın iqlimin qorunması ilə bağlı tədbirlərin sürətləndirilməsində oynaya biləcəyi rola toxunub.

Çıxışlarda Azərbaycanın COP29 liderliyi yüksək qiymətləndirilib.

Tədbirdə, həmçinin karbon emissiyalarının təbiətə vurduğu zərər, bu baxımdan alternativ enerji mənbələrinin rolu və yeni texnologiyalar barədə müzakirələr aparılıb.

Müzakirələr dinləyicilərin suallarının cavablandırılması ilə yekunlaşıb.

Seçilən
16
1
yeniazerbaycan.com

2Mənbələr