Bakı. Trend:
UEFA Millətlər Liqasında V turun qarşılaşmaları davam edir.
Trend xəbər verirki, B Liqasının IV qrupunda mübarizə aparan Türkiyə millisi doğmameydanda Uels yığması ilə üz-üzə gəlib. Gərgin keçən matçdatərəflər qapılara yol tapa bilməyib və oyun qolsuz heç-heçə iləbaşa çatıb.
Qarşılaşmanın 89-cu dəqiqəsində Türkiyə millisinin oyunçusuKərəm Aktürkoğlu penalti zərbəsi ilə hesabı açmaq fürsətinidəyərləndirə bilməyib.
Bu nəticə ilə Türkiyə millisi xallarını 11-ə yüksəldərək qrupliderliyini qoruyub. Uels isə 9 xalla ikinci pillədə qərarlaşıb vəliderlik uğrunda mübarizəni davam etdirir.