Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən kafedəyanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyəFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətininqüvvələri cəlb olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərverir ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsisayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkanverilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində kafenin dam örtüyü 100 kv.m. və yanarkonstruksiyaları 80 kv.m. sahədə yanıb.
Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğındanmühafizə olunub.
Xəsarət alan yoxdur.