AZ

Çinə görə Tramp və Maskın münasibətləri pisləşə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və iş adamı İlon Mask arasında münasibətlər Vaşinqtonun Çinə yanaşması ilə bağlı fikir ayrılığı səbəbindən gərginləşə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat verib.
Qeyd olunur ki, Şanxay şəhərində "Tesla"nın "giqafabriki" yerləşir. Mask aprelin sonunda Çinin Baş naziri Li Tsyan ilə görüşdə bu ölkədəki zavodunu şirkətin ən yaxşı müəssisəsi adlandırıb və əlavə edib ki, "Tesla" qarşılıqlı faydalı nəticələr əldə etmək üçün Çinlə əməkdaşlığı gücləndirmək niyyətindədir.
"Newsweek" hesab edir ki, Maskın Çinlə əlaqələri onun Donald Trampla münasibətlərinə və buna görə də hökumətdəki mövqeyinə xələl gətirə bilər.
"Tramp və Mask mübahisə edə bilər, çünki Mask Çinə qarşı sərt iqtisadi siyasətə qarşı olacaq", - amerikalı ekspert Nil Tomas nəşrə açıqlamasında bildirib.
Eyni zamanda, o, sonda ixtilafın qarşısını almağın mümkün olduğunu və milyarderin Trampın Pekinə qarşı siyasətinin formalaşmasına kömək edəcəyini istisna etməyib.
Xatırladaq ki, Tramp seçki proqramında Çindən idxal olunan mallara 60% rüsum tətbiq etməyi təklif edib.
Seçilən
83
50
oxu.az

10Mənbələr