AZ

QHT COP29 çərçivəsində təqdimat keçirdi

Noyabrın 16-da Bakıda keçirilən COP29 çərçivəsində  Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar İctimai Birliyinin “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MR-da yaşıl enerji zonaları: hüquqi dəyərləndirmələr adlı tədbir və “Yaşıl vədlərimiz” adlı sənədli videoreportajın təqdimatı keçirilib.

Yaşıl zonada Milli QHT Forumunun pavilyonunda keçirilən tədbirdə yerli ekspertlərdən BDU-nun Hüquq fakültəsinin professoru Əfsər Sadıqov, politoloq Anar Əliyev, Qida təhlükəsizliyi hərəkatının rəhbəri, ekoaktivist Məhsəti Hüseynova, qafqazşünas-alim  Elnur Kəlbizadə xarici ekspertlərdən isə layihənin tərəfdaşı olan Konqo Respublikasından gəlmiş BMT UNFCC-nin üzv təşkilatının sədri Makuantsi Artur Patrisi, Almaniyadan tibb elmləri doktoru Rahim Şmit, həmçinin mühəndis, texniki elmləri doktoru “Şeffer” şirkətlər qrupunun vitse-prezidenti Yaşar Musayev, Pakistandan ictimai fəallar, ekoaktivistlər Ali Raza, Ənvər-ül Haqq və Şri-Lankadan Nayana Adıkari çıxış ediblər.
Çıxışlarda əsasən COP29-un məram və məqsədlərindən, bəşəriyyətin gələcəyini təhdid edən iqlim dəyişmələrinin qarşısını almaq yollarından, yaşıl dünyaya keçid üçün atılan prinsipial addımlardan bəhs edilib, təkliflər irəli sürülüb. O cümlədən, layihənin əsas məzmununa toxunan mütəxəssislər Azərbaycanın böyük yaşıl enerji potensialına malik olduğunu və yaşıl eraya keçid dövründə mühüm rolundan və görüləcək işlərin əhəmiyyətindən söhbət açıblar.

Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar İB-nin İdarə Heyətinin üzvü Aytən Rəhimlinin moderatorluğu ilə keçirilən tədbirin sonunda “Yaşıl vədlərimiz” adlı ingilis və Azərbaycan dillərində sənədli videoreportaj təqdim edilib. 

Qeyd edək ki, “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MR-da yaşıl enerji zonaları: hüquqi dəyərləndirmələr” layihəsinin rəhbəri araşdırmaçı-jurnalist, təşkilatın idarə Heyətinin üzvü Anar Əliyev, məsləhətçilər hüquq elmləri üzrə fəlsəfə doktoru Səftər Rəhimli və ekoaktivst Məhsəti Hüseynovadır.

XQ

Seçilən
9
3
xalqqazeti.az

4Mənbələr