AZ

Slovakiya parlamentinin vitse-spikeri Moskvaya səfər etməyi planlaşdırır

Slovakiya Milli Partiyasının sədri, Slovakiya hökumət koalisiyasının üzvü, Milli Şuranın vitse-spikeri Andrey Danko 2025-ci ilin yanvarında Moskvaya səfər etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Slovakiyanın “Standard” nəşri mənbələrə istinadən məlumat yayıb.

Dankonun sözlərinə görə, o, Rusiyaya işgüzar səfərə razılıq verilməsi xahişi ilə Milli Şuranın spikeri vəzifəsini icra edən Peter Jiqaya müraciət edib. Səfərlə bağlı xərcləri isə öz vəsaiti hesabına ödəyəcək.

Qeyd olunub ki, bundan əvvəl o, Dövlət Dumasının sədri Vyaçeslav Volodindən Rusiyaya səfər etmək üçün rəsmi dəvət alıb.

Seçilən
43
1
report.az

2Mənbələr