AZ

Tayvan Litva ilə dron texnologiyaları sahəsində əməkdaşlıq etmək niyyətindədir

Tayvanın hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Litva nümayəndələri ilə dron texnologiyaları sahəsində əməkdaşlığı müzakirə edəcək.

“Report”un məlumatına görə, bu barədə “Bloomberg” yazıb.

Tayvanın ondan çox dron istehsal edən şirkətinin nümayəndələri ölkənin xarici işlər naziri Lin Tzya-lun ilə birlikdə Litvaya səfər edəcəklər.

Qeyd olunub ki, Litvaya gələn iş adamları arasında “Aerospace Industrial Development”, “Thunder Tiger”, “GEOSAT Aerospace & Technology” və “Mitac Holdings”in nümayəndələri də var.

Tayvanın PUA istehsalçısı “Thunder Tiger” şirkətinin rəhbəri Su Şen-Tsze “Bloomberg”ə verdiyi şərhdə qeyd edib ki, Litvanın lazer texnologiyaları pilotsuz uçuş apartlarına qarşı sistemlərdə istifadə edilə bilər.

Seçilən
29
1
report.az

2Mənbələr