Futbol üzrə Meksika millisinin baş məşqçisi Xavyer Aqirrenin CONCACAF Millətlər Liqasının 1/4 finalında Hondurasla matçdan sonra başını pivə qutusu ilə başını yarıblar.
seher.media xəbər verir ki, bu barədə lenta.ru məlumat verib.
Qeyd edək ki, Hondurasda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Aqirre matçdan sonra rəqib məşqçini salamlamağa gedərkən azarkeşlər ona əşyalar atıblar. Pivə qutusu məşqçinin başına dəyib və onun başından qan axmağa başlayıb. Aqirreyə tibbi yardım göstərilib.