Türkiyəli aktrisa Sümeyye Aydoğanın yeni layihəsi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Birsen Altuntaş məlumat yayıb.
Aktrisa “Sustalı Ceylan” serialında rol alacaq. O, “Ceylan Bilge” obrazına həyat verəcək.
Ekran işi ATV telekanalında yayımlanacaq.
Qeyd edək ki, Sümeyye son olaraq “Gaddar” serialında Çağatay Ulusoyla baş rollarda yer alıb. O, layihədə “Aydan” roluna həyat verib.