AZ

Orban Avropadakı sağçı partiyalara Ukrayna ilə bağlı çağırış edib

2024-cü ildə Avropa İttifaqının bir neçə ölkəsində seçkilərdə qalib gələn sağçı partiyalar Ukraynada hərbi münaqişəni davam etdirən ölkələrinin hökumətlərinə qarşı sərt mövqe tutmalıdırlar.

“İki sahil” xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban Parisdə deyib.

Onun sözlərinə görə, Qərbin dünyada rolu istər-istəməz və danılmaz şəkildə dəyişib: “Avropa rəhbərliyi ilə Amerika rəhbərliyi arasında münasibətlər də dəyişir və Avropada yeni siyasi reallıq hökm sürür. Əslində biz yeni reallığın vətənpərvərləriyik”.

Baş nazir vurğulayıb ki, sağçı partiyaların Avropa Parlamentinə seçkilərdəki uğurlarından, Niderland, Avstriya və Çexiyada keçirilən seçkilərdə, həmçinin Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra vətənpərvər qüvvələr dünya miqyasında çoxluq təşkil etmək yolunda irəliləyir.

Orbanın fikrincə, keçmiş seçkilərin ən mühüm dərslərindən biri solçuların rəqiblərini siyasi, mənəvi və hüquqi cəhətdən məhv etmək üçün hər şeyi edəcəyidir:

“Sağçı partiyaların hakimiyyətə qayıdışı düşüncəsinə dözə bilmirlər. Onlar demokratiyanın ancaq qalib gəldikləri təqdirdə mövcud ola biləcəyinə inanır və buna nail olmaq üçün hər vasitədən istifadə etməyə hazırdırlar. Qalib gəldiyimizi görəndə qanundan və məhkəmələrdən bizə mane olmaq üçün silah kimi istifadə edirlər. Bunu Trampa, İtaliya Liqasının lideri Matteo Salvini və Fransada Marin Le Penə qarşı məhkəmə prosesləri sübut edir”.

Seçilən
63
3
ikisahil.az

10Mənbələr