AZ

Gecələr tam fərqli insana çevirən xəstəlik... - Bu səbəblərdən yaranır

Delirium adətən qəfil başlayan, şüurda dalğalanmalara və idrak funksiyalarında pozulmalara səbəb olan xəstəlikdir. Xüsusilə gecə saatlarında artan hallüsinasiyalar, narahatlıq və təşviş xəstələrin sakitləşməsini çətinləşdirir və onları tamamilə fərqli insana çevirir.

Teleqraf.com xəbər verir ki, delirium - çaşqınlıq, orientasiyanın pozulduğu və dəqiq düşünə və ya xatırlaya bilmədiyiniz psixi vəziyyətdir. Adətən gözlənilmədən başlayır.

Delirium simptomları demensiyaya bənzəyir, lakin daha sürətlə müşahidə olunur. Hər iki vəziyyət xəstələrin zehni fəaliyyətinə təsir göstərir, lakin onlar müxtəlif səbəblərdən yaranır və fərqli şəkildə təzahür edir.

Delirium xüsusilə gecələr xəstələri tamamilə fərqli insanlara çevirmək cəhətləri ilə diqqət çəkir. Gecələr delirium yaşayan xəstələrdə fərqli simptomlar ola bilər.

Bu zaman xəstələr ətrafdakıların fərqindəliyini itirir və konsentrasiyada çətinlik çəkirlər. Bu vəziyyət gecə saatlarında daha aydın görünə bilər. Gecə görmə və ya eşitmə halüsinasiyalar artır. Xəstələr mövcud olmayan obyektləri və ya insanları gördüklərini iddia edə bilərlər.

Deliriumu olan xəstələrdə yuxu rejimi də pozula bilər. Onlar gecə oyaq qalmağa və gündüz yatmağa meyllidirlər. Bu xəstəliyə səbəb ola biləcək əsas əlamət alkoqol və narkotikdir. Adətən uzun illər alkoqoldan sui-istifadə etdikdən sonra içməyi dayandıran insanlarda tez-tez rast gəlinir.


Müəllif: Şəbnəm Zahir
Seçilən
39
teleqraf.com

1Mənbələr