AZ

ABŞ-da meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

ABŞ-ın Kaliforniya ştatında ağır "mpox" (meymunçiçəyi) ştamına ilk yoluxma halı qeydə alınıb. 

Valyuta.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.  

Məlumata görə, yoluxmuş şəxs xəstəlik ocağı olan Şərqi Afrikadan qayıdıb. Hazırda həmin şəxs ev şəraitində özünütəcrid vəziyyətindədir və səhhəti yaxşılaşır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) xəstənin mümkün təmaslarını izləmək üçün araşdırmalar aparır.  

Avqust ayında İsveçdə "mpox" xəstəliyinə ilk yoluxma halı barədə məlumat verilmişdi. İsveçin İctimai Səhiyyə İdarəsinin baş direktor vəzifəsini icra edən Oliviya Viqzell (Olivia Wigzell) qeyd etmişdi ki, “zərərçəkmiş şəxs Afrikada xəstəlik ocağı olan bir ərazidə olarkən yoluxub”.  

Rəhim

Seçilən
37
4
valyuta.az

6Mənbələr