Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qazın partlaması nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Akmola vilayətində, Korqajin rayonunun Sabındı kəndində dəfn mərasiminin keçirildiyi keçmiş kənd məscidinin binasında qaz-hava qarışığının partlaması baş verib, ardınca bina uçub.
Xilasedicilər dağıntılar altından 3 nəfərin meyitini tapıblar.
Təcili yardım briqadası 16 yaralını Astana şəhər xəstəxanasına çatdırıb.
Xilasedicilər hadisə yerindən 6 qaz balonu çıxarıblar.
Hazırda dağıntılar təmizlənir.