Sport.postimees.ee saytının əməkdaşı Marko Susinin “Azərbaycan parovozu coşdu, ancaq Estoniyanın müdafiəsi dözdü” sərlövhəsi altında qələmə aldığı qeydlərlə tanış olun:
“Estoniyaya yerini qorumaq üçün ən azı heç-heçə lazım idi, ancaq 11-ci saniyədə belə göründü ki, yığmamız rəqib meydanında bundan artığına can atır. Henri Anier topu tirə vurdu. Düzdü, bundan sonra təşəbbüs azərbaycanlılara tərəf keçdi, ancaq onların ilk yarıdakı hücumları o qədər də təhlükəli olmadı. Fasilədən sonra Estoniyanın oyunu iflic oldu, azərbaycanlılar inamla pressinq etməyə başladılar. Meydan sahiblərinin 2-ci hissədəki dominantlığını göstərən faktlar: onlar topa nəzarətdə 83:17, qapıya zərbələrdə 10:2 üstün olub. Buna baxmayaraq, Karl Yakob Heynin qapısına yol tapa bilmədilər. Heyn aciz qalanda isə Estoniyaya tir və dirək yardım etdi.
Artıq Estoniya heç bir gərginlik duymadan Slovakiya ilə son oyuna hazırlaşa bilər. Həmin oyunda cəzalı Anier olmayacaq. Azərbaycan isə qrupda sonuncu yerdə qalacaq. Bu komanda İsveçlə oyunda xal qazanmasa, avtomatik D liqasına düşəcək. Ona görə ki, keçid oyunlarında yalnız qruplarda sonuncu yeri tutan komandalardan iki ən yaxşısı iştirak edə bilər (Azərbaycan hazırda Latviya ilə Lüksemburqdan sonra qərarlaşıb, sonuncu isə Litvadı)”.