AZ

Jan Biql: "İqlim dəyişmələri hüquq-ədalət məsələləri ilə çox sıx bağlıdır"

"Beynəlxalq hüquq iqlim həssaslığının öhdəsindən gəlmək üçün önəmli bir alət ola bilər. Çünki iqlim dəyişmələri hüquq-ədalət məsələləri ilə çox sıx bağlıdır".

Bu Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş Direktoru Jan Biql Bakıda COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişmələri hamıya təsir edir, amma hər kəsə eyni dərəcədə yox:

"Bu da qeyri-bərabərlik və ədalətsizliyin göstəricisidir. Xüsusən də həssas təbəqə olan qadınlar və uşaqlar bundan daha çox təsirlənirlər. Bu konsepsiyanın təməlində o dayanır ki, "iqlim ədaləti" termini müxtəlif insanlar üçün fərqli məna kəsb edir. İqlim dəyişmələrinin həllində də ədalətli həll yolları olmalıdır.

Parlamentarilər bu işdə rol oynamalı, şəffaf, dayanıqlı və yaşıl artım, iqlimə uyğun infrastruktur üçün əlverişli şərait yarada bilərik ki, bu, həm insanlar, həm də planet üçün xeyirlidir".

Mərahim Nəsib

Mənbə: oxu.az

Seçilən
26
oxu.az

1Mənbələr