AZ

İsrailin baş naziri Netanyahunun iqamətgahına mərmi atılıb

İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahının həyətinə iki səs bombası düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail polisinə istinadən məlumat yayıb.

Mərmilərin Netanyahunun Qeysəriyyədəki evinin həyətinə düşdüyü qeyd edilir.

Polisin məlumatına görə, hadisə zamanı Netanyahu və ailəsi evdə olmayıb.

Departament hadisəni “təhlükəli eskalasiyadan xəbər verən ciddi insident” adlandırıb.

Seçilən
39
nocomment.az

1Mənbələr