AZ

Bakının qalmaqallı Baş planı: Tıxacdan xilas varmı?

Baş plan layihəsi 2040-ci ilə qədər olan dövrü əhatə edir. 

Ümumiyyətlə, Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. 

"Bakının Baş Planı 2040-cı ilə qədər nəzərdə tutulsa da, bir neçə ildən bir real dəyişikliklər nəzərə alınmaqla ona yenidən baxıla və sənəd dəqiqləşdirilə bilər". Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. O, həmçinin qeyd edib ki, Baş plana uyğun olaraq bu ilin əvvəlindən paytaxtda transformasiya layihələri icra edilir: "İctimai nəqliyyatın hərəkəti, piyadalar üçün daha rahat mühitin yaradılması və digər məsələlər Baş Plana uyğun olaraq hər il təşkil ediləcək". 

Qeyd edək ki, Bakının Baş planı artıq təsdiq edilib, lakin mövcud şəraitə uyğun olaraq sənəddə müəyyən dəyişikliklər həyata keçirmək mümkün olacaqmı? 

Memar Cahid Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, mövcud təsdiq olunmuş Baş planda infrastruktur nəzərə alınıb: 

"Ancaq Baş planda bütün detallar öz əksini tapmır. Yəni, planda ümumi şəhərin ərazisində hansı massivlərin salınması, yaşayış binalarının tikilməsi, yolların salınması öz əksini tapır. 

Lakin, məsələn, bir iş adamı gəlib dənizin sahilində otellər kompleksi üçün yer götürürsə, orada yolun çəkilməsi üçün plana əlavələr, yeni baxışlar ola bilər. Yəni, qanun layihələri yazılır və tələb artdıqca qanunlarda müəyyən dəyişikliklər olursa, o kontekstdə də memarlıq və şəhərsalmada, şəhərin Baş planında əlavələr ola bilir”.

Həmsöhbətimiz bildirib ki, Baş plan növbəti 30 il üçün nəzərdə tutulub:

“O ki qaldı paytaxtda transformasiya layihələrinin icrasına, məsələn, Baş planda şose yol salınması var. O yolun eni, növbəti dövr üçün əhali artımı nəzərdə tutulub. Artıq o şose yol 4 sıradırsa, onun 1 sırasının ictimai nəqliyyata verilməsi Baş plana dəlalət eləmir. Yəni, əlaqədar təşkilatlar təklif verirlər ki, 4 sıra şosedə sıxlıq var, tədricən də sıxlıq olacaq. Ona görə də onun 1 sırasını ictimai nəqliyyata verirlər. Belə qaydalar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və digər qurumlarla razılaşdıqdan sonra icra olunur”. 

Ekspertin sözlərinə görə, Baş planın hazırlanmasında xarici mütəxəssislər də iştirak etmişdi: 

“Memarlar tərəfindən irad yox, təkliflər irəli sürülüb. 

Müzakirələr çox gedib. İctimai müzakirəyə də təqdim olunur. 

Bunlar ancaq texniki işlərdir. Məsələn, bu gün elə bir əraziyə şose nəzərdə tutular ki, orada 5 ildən sonra şəhərcik salınacaq.

Seçilən
37
7
demokrat.az

8Mənbələr