AZ

“Müəyyən çətinliklər var, indi hazır deyiləm” – “Şamaxı” tarix deyə bilmədi

“Şamaxı” ətrafında yenidən söz-söhbət baş qaldırıb. Söhbət aşağı dəstədə çempionluğa görə futbolçulara vəd olunan mükafatın ödənilməməsindən gedir.

Klub rəhbərliyi ayları bir-birinə calaya-calaya futbolçuların səbr kasasını doldurub. “Şamaxı” ilə əlaqə saxlayarkən bizə sentyabrı nişan vermişdilər.

Bəs “Şamaxı” rəhbərliyi futbolçuların borcunu niyə ödəmir?

Klubun baş meneceri Kamran İsmayılovun “Football-plus.az”a açıqlaması:

“Təəssüf ki, hələ ödəniş edilməyib. Konkret vaxt deyə bilmərəm. Maliyyə durumumuz imkan verən kimi həmin pullar ödəniləcək. Sadəcə, konkret tarix deyə bilmirəm. Müəyyən çətinliklər var, indi hazır deyiləm. Amma əminliklə deyirəm ki, mükafatlar yüz faiz ödəniləcək”.


RÖYANƏ OĞUZ
Seçilən
12
football-plus.az

1Mənbələr