AZ

Rusiya Ukraynanın böyük şəhərlərinə zərbə endirib –Partlayışlar baş verib

Ukraynanın bir çox böyük şəhərlərində partlayışlar baş verib.

Bu barədə yerli media yazır.

Məlumata görə, ölkənin hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

Yerli ictimaiyyət Kiyev, Dnepr, Odessa, Zaporojye, Krivoy Roq, Rivne, İvano-Frankivsk və digər şəhərlərdə partlayışlar olduğunu bildirir.

Hücumların enerji obyektlərinə yönəldiyi qeyd olunur.

Bir çox şəhərlərdə fövqəladə elektrik enerjisi kəsilməyə başlayıb. Belə ki, Kiyev, Krivoy Roq, Dnepr və Odessa sakinləri elektrik enerjisinin kəsilməsi barədə məlumat verirlər.

 

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Rusiya lideri Vladimir Putin noyabrın 17-də səhər saatlarında Ukraynaya iri raket zərbəsi endirməklə, ona son vaxtlar zəng edib ziyarət edən bütün Qərb siyasətçilərinə cavab verib.

Sibiqa X sosial şəbəkəsində qeyd etdiyi kimi, bazar günü səhər Rusiya ən böyük hava hücumlarından birini həyata keçirib.

Məlumata görə, pilotsuz təyyarələr və raketlər dinc şəhərlərə, yatan mülki şəxslərə və kritik infrastruktura zərbələr endirib.

“Bu, Putinin bu yaxınlarda ona zəng edən və onu ziyarət edən hər kəsə əsl cavabıdır, bizə sakitləşmək üçün deyil, güclə sülh lazımdır”, – deyə Sibiqa bildirib.

Seçilən
59
6
azpost.info

7Mənbələr