Bel diski ağrılarından əziyyət çəkən güneyli fəal Murtuza Pərvin Evin zindanında ağır şəraitdə saxlanılır.
Yaxınlarının məlumatına görə, Murtuza Pərvinin ağrılarını azaltmaq üçün ona həbsxana məsulları tərəfindən ağrıkəsicilər də vaxtlı vaxtında verilmir. Bu məsələ onun onurğa sütununda ağrıların artmasına, oynaq ağrılarının kəskinləşməsinə səbəb olub.
Zindan rəhbərliyi fəalın ailəsi tərəfindən də dərmanların göndərilməsinin qarşısını alır.
Qeyd edək ki, Murtuza Pərvin Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və qabaqcadan əlbir olmaq” və "dövlət quruluşu əleyhinə təbliğat aparmaq" ittihamları ilə 6 il müddətinə həbs cəzasına məhkum edilib.
"Cebheinfo.az"