Kaliforniya ştatı ABŞ-da meymun çiçəyinin daha şiddətli ştammının ilk hadisəsi barədə məlumat verib.
Bu barədə CNN məlumat yayıb.
“Birləşmiş Ştatlarda meymun çiçəyinin daha ağır ştammının ilk məlum hadisəsi Kaliforniyada təsdiqlənib”, – materialda deyilir.
Qeyd olunur ki, yoluxmuş şəxs Şərqi Afrikadan qayıdıb, yerli tibb müəssisəsində müalicə olunub və evə buraxılıb. O, hazırda evdə özünü təcrid edir və vəziyyəti yaxşılaşır.
Əvvəllər məlum olub ki, Böyük Britaniyada meymun çiçəyinin yeni ştamının iki yeni halı müəyyən edilib.
DOĞRU.AZ