Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala Millətlər Liqasında Bosniya və Herseqovina üzərində qələbədən (7:0) sonra təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" 21 yaşlı ulduz futbolçunun sözlərini belə təqdim edib:
“Əyləncəli idi. İstədiyimiz kimi, çox qol vurduq, amma müdafiədə də çox çalışdıq. Bu da işimizi asanlaşdırdı”.
Qeyd edək ki, Almaniya millisinin heyətində 2-ci dəqiqədə darmadağının əsasını qoyan Musialadan başqa, Tim Klyayndenst (dubl), Florian Virts (dubl), Kay Haverts və Leroy Sane də fərqlənib. Julian Nagelsmannın komandası sona bir tur qalmış öz qrupunda artıq 1-ci yeri təmin edib.
Mirağa