AZ

Yığmanın futbolçusu İsveçə aparılmayacaq

Azərbaycan millisinin daha bir futbolçusu səfərdə İsveçə qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının sonuncu - VI tur matçını buraxacaq.

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, Rahil Məmmədov sözügedən qarşılaşmada komandaya kömək edə bilməyəcək.

Buna müdafiəçinin Qəbələdə Estoniya ilə qolsuz heç-heçə etdikləri görüşdə zədələnməsi səbəb olub. Əvvəlki oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Elvin Cəfərquliyev də meydana çıxmayacaq.

Qeyd edək ki, noyabrın 19-da reallaşacaq İsveç - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

 

Seçilən
39
9
qaziler.az

9Mənbələr