AZ

Ərdoğan Braziliyaya getdi

Dünyanın ən inkişaf etmiş 19 ölkəsi, Avropa və Afrika birliyinin liderləri G20 üçün bir araya gəlir.

KONKRET.az xəbər verir ki, Latın Amerikasının ən böyük və ən sıx əhalisi olan Braziliya builki G20 Sammitinə ev sahibliyi edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 noyabr tarixlərində Müasir İncəsənət Muzeyində keçiriləcək zirvə toplantılarına qatılacaq. Onu Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər əlaqədar şəxslər yola salıblar.

Ərdoğan və xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, AK Partiya sədrinin müavini və partiya sözçüsü Ömər Çelik və bəzi məmurlar da Braziliyaya gediblər.

G20 ölkələri dünya iqtisadiyyatının 85 faizini və dünya əhalisinin üçdə ikisini əhatə edir. Builki sammitin əsas mövzusu “Ədalətli dünya və dayanıqlı planet qurmaq”dır.

Seçilən
6
6
konkret.az

10Mənbələr