AZ

Yunis Hüseynov 12 il əvvəl Berdıyevin yanında təcrübə keçib

Başa çatmaqda olan həftənin gözlənilən xəbəri Cavid Hüseynovun “Səbail”in “sükanı arxasına” keçməsidisə, gözlənilməz olan da Yunis Hüseynovun “Turan Tovuz”da onun yerini tutmasıdı.

Kurban Berdıyevə kömək edəcək Hüseynov əvvəllər “Karvan”, “Xəzə-Lənkəran”, “Kəpəz” və  “Keşlə” kimi klubları çalışdırıb. Berdıyev Yunis bəyi şəxsən sərəncamında görmək istəyib. Türkmənistanlı mütəxəssis şəxsən tanıdığı birini yanına çağırıb.

Bəs Berdıyevlə Hüseynovun tanışlığı hansı tarixə söykənir?

Bu sualı Yunis bəyə ünvanladıq:

“Kurban Berdıyev həqiqətən də bir məktəbdi. Hər məşqçinin arzusudu ki, onun yanında təcrübə keçsin. Həqiqətən də güclü mütəxəssisdi. Ondan görüb-götürəcəyim çox şey var. Həm də öyrənmək heç vaxt gec olmur. Bizim bilmədiyimiz şeylər də ola bilər. Futbol aləmində o qədər yeniliklər var ki... Ona görə də mənə gələn dəvəti məmnunluqla qəbul etdim. Bəli, keçmişdə Kurban müəllimin yanında təcrübə keçmişəm. 2012-ci ildə mən "Xəzər-Lənkəran”da çalışarkən “Rubin” də Avstriyada təlim-məşq toplanışındaydı. Onda Kurban müəllim “Rubin”də vitse-prezident və baş məşqçi idi. Ona görə də anışlığımız yaranmışdı. Təklifi də məmnuniyyətlə qəbul etdim. Hazırda "Turan Tovuz" ilk "üçlük"də qərarlaşıb. Mən də əlimdən gələni qədər kömək edəcəm. Bütün varlığımla, bilik-bacarığımla Berdıyevə kömək edəcəm ki, bu il "Turan Tovuz" Avropa Liqasına vəsiqə qazansın”.

RÖYANƏ OĞUZ
Seçilən
65
football-plus.az

1Mənbələr