AZ

“Ferrari” pilotu bu dəfə səsdən sürətli qırıcı sürdü

“Ferrari” pilotu Şarl Lekler Fransa Hərbi Hava Qüvvələrinin “Rafale” döyüş təyyarəsində uçub.

Publika.az xəbər verir ki, bu barədə “GP Blog” Leklerdən sitat gətirib.

Lekler doğma Monako knyazlığının üzərindən uçub və hətta təyyarəni də idarə edib.

“Bu unikal fürsət mənim fiziki imkanlarımı genişləndirdi və mənə qırıcı pilot olmağın hədsiz həyəcanını yaşamaq şansı verdi.

Formula 1 sürücüsü kimi bu imkanlara sahib olduğum üçün çox şanslıyam. Bu iki gün ərzində o qədər çılğın anlar oldu – havada yanacaq doldurmaq, birbaşa Monako üzərində uçmaq və hətta aşağı hündürlükdə təyyarə ilə uçmaq. Həqiqətən, bunlar ömürlük xatirələrdir”, – Lekler bildirib.

Seçilən
19
publika.az

1Mənbələr