AZ

Pezeşkiandan əhaliyə məsləhət: “Evdə isti paltar geyinirəm"

İran hökuməti yanacaq çatışmazlığı səbəbindən bir neçə gün ərzində elektrik enerjisinin verilməsində planlı kəsintilərə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki,  belə bir vaxtda ölkə Prezidenti Məsud Pezeşkian iş yerlərində və evlərdə enerji istehlakının azaldılmasını tövsiyə edib. 

“Gəlin ölkənin enerji balanssızlığını insanlarla vicdanla müzakirə edək və onlara bildirək ki, qənaət mövcud böhrandan çıxmaq üçün ilk addımdır. Mən özüm evdə isti geyimlərdən istifadə edirəm. Bunu başqaları da edə bilər. İstilik sistemlərinin fəaliyyətini azaltmaqla, eləcə də iş yerlərində istilik temperaturunu aşağı salmaqla enerjiyə qənaət etmək olar. Avropa ölkələrindən üç dəfə çox elektrik istehlak etməyimiz məntiqsizdir”. 

"Cebheinfo.az"

Seçilən
21
cebheinfo.az

1Mənbələr