AZ

Yaxın keçmişin əfsanəvi futbolçusu RƏZİL VƏZİYYƏTDƏ: əlində içki, ayaqyalın küçələrdə... - VİDEO

Bir zamanların ən məşhur futbolçularından olan Adriano Leitenin son halı azarkeşləri məyus edib.

Milli.Az xəbər verir ki, Ronaldo Nazarionun davamçısı kimi görülən, 2016-cı ildə futboldan gedən oyunçu 42 yaşlı Adriano İtaliya "İnter"ində çıxışı ilə milyonların sevimlisinə çevrilmişdi.

Belə ki, "İmperator" ləqəbli hücumçu pis vərdişlərin ağuşuna düşüb.

Bir zamanlar əla oyunu, mərmi kimi zərbələri ilə rəqib komandaların kabusuna çevrilən futbol ulduzu əlində spirtli içki, ayaqyalın küçələrə düşərək özünü rəzil vəziyyət salıb.

Braziliyada ən təhlükəli-kriminal məhlədə böyüyən futbolçu yenidən yuvasına qayıdıb. İllər öncə atasının ölümü ilə (Daha sonra onun polis ehtiyatsızlığından silahından açılan güllə ilə öldüyünü öyrənib) depressiya düşüb, qurtula bilməyən Adrianonun adı narkotik və silah qaçaqmalçılığı ilə də hallanıb. Bu müddət ərzində onun yolu həbsxanadan da keçib.

Bildirək ki, 22 yaşında oynadığı futbolla İtaliyanı heyran qoyan, "İnter"ə çempionluqlar qazandıran futbolçu həmçinin, Braziliya millisində də turnirlərin borbardiri olmağı bacarıb.

"Yüksəldiyi imteratorluqdan doğulduğu çuxura geri qayıtdı" deyilən əfsanəvi futbolçunun həmin görüntüsünü təqdim edirik:

Tural 
Milli.Az

Seçilən
74
milli.az

1Mənbələr