AZ

BMT-nin keçmiş baş katibi COP -29- a qarşı absurd iddialar irəli sürdü...

Image

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində paylaşım edib. A.Quliyev yazır:  "COP 29-la bağlı BMT rəhbərliyinə daha bir müraciət edilib. Alman mediasının məlumatına görə aralarında BMT- nin keçmiş baş katibi Pan gi Munun da olduğu imza atanların sırasında çox sayda ekspertlər var. O Pan gi Mun ki, baş katiblik vəzifəsini necə yarıtdığı barədə bu gün də mübahisələr var. Tək faktı deyim. 2010- cu ildə məhz onun dövründə Haitiyə guya vətəndaş müharibəsini durdurmaq üçün yeridilmiş BMT sülhməramlılarının elə dəhşətli seksual cinayətləri üzə çıxdı ki, dünya bu gün də danışır. Xüsusilə də Şri- Lankadan olan sülhməramlıların 500- dən çox yerli körpə Haiti qızlarını zorladıqları üzə çıxmışdı. Bəşəri vəzifəsini belə yarıtmaz icra etmiş Mun bu gün COP 29- a görə BMT- yə ağıl verməyə qalxıb. İndiki baş katib Quttereşə ünvanladıqları müraciətdə deyirlər ki, COP 29- un Bakıda keçirilməsi yanlışdır, ümumiyyətlə neft və qaz yanacağından imtina etməyən ölkələrdə COP tədbiri keçirmək olmaz. Bundan başqa, müraciət müəllifləri 2003- cü ildən indiyədək müxtəlif milli nümayəndəliklərin arasında COP konfranslarında 2500- dən çox neft- qaz lobbiçilərinin iştirak etdiklərini iddia ediblər.. İddiaya görə hətta COP 29- da da neft - qaz lobbiçiləri var və onların sayı azı 1700 nəfərdir.
Baxın arqumentlərə."Neftdən və qazdan imtina etməmiş ölkələrdə COP keçirilməsin". Dünyada elə bir ölkə var qazıntı yanacağından imtina etsin? Hər kəs ondan tədricən və mərhələ- mərhələ imtina etmək konsepsiyasını qəbul edib ki, bu yolda ən sadiq və ardıcıl işləyən ölkələrdən biri Azərbaycandır. Əgər indiyədək heç bir ölkə neft- qazdan birmənalı imtina etməyibsə, deməli, müraciət müəllifləri əslində ümumi şəkildə COP tədbirlərinə qarşı çıxırlar. Bu sadəcə absurddur .
Digər tərəfdən, müraciət müəlliflərinin COP 29-a gəlmiş qonaqların arasında azı 1700 neft- qaz lobbiçisinin olduğu faktını haradan aldıqları inanılmazdır.
Nəhayət, müraciət müəllifləri bəşəri düşüncə içərisində ola bilsəydilər, COP 29 iştirakçılarına əməli tövsiyələr verə bilərdilər. Məinki sırf anti- Azərbaycan ovqatına cığınaraq müraciətlərini belə bir aqressiv və inkarçı iddia ilə yekunlaşdırmaq: "COP konsepsiyası özünü doğrultmur".  Həm də cənab Pan Gi Mun düz 28 COP- dan sonra belə qənaətə gəlib....
Mətləb






Seçilən
20
baki-xeber.com

1Mənbələr