AZ

Joze Mourinyo “Zenit” üzərində qələbəni şərh etdi

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo İstanbuldakı yoldaşlıq görüşündə Sankt-Peterburq “Zenit”i üzərində qələbəni (2:1) şərh edib.

Arena.az “Fənərbaxça”nın rəsmi saytına istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu oyuna hazırlaşanda cəmi doqquz oyunçumuz vardı. Əlbəttə, biz bu futbolçulara əlavə olaraq, digər gənc futbolçularla da çalışmışıq. Çalışdıq ki, ixtiyarımızda olan futbolçulardan komanda təsis edək.

Məşqdə bu sistem üzərində işləmişdik, futbolçular da bunu meydanda mükəmməl surətdə həyata keçirdilər. Ən azı, çempionatda qazandığımız qələbədən sonra sevindiyim qədər məmnunam”, deyə Joze Mourinyo vurğulayıb.

Xatırladaq ki, oyunda hesabı “Fənər”in türk mərkəz hücumçusu Cenk Tosun açıb. 35-ci dəqiqədə “Zenit”in rusiayalı yarımmüdafiəçiləri işə düşüblər – İlzar Axmetovun dəqiq ötürməsini Aleksandr Yeroxin tamamlayıb – 1:1. 63-cü dəqiqədə isə “Fənər”in türk sol cinah müdafiəçisi Levent Mercan qələbə qoluna imza atıb. Vurğulayaq ki, “Fənər”in hər iki qolunun vurulmasında serb hücumçu Duşan Tadiç gözəl oyun və məhsudlar ötürmə ilə fərqlənib.

Seçilən
18
arena.az

1Mənbələr