AZ

"The Independent": "Azərbaycan çayı COP29-un ən parlaq rəmzlərindən biridir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"BMT-nin iqlim müzakirəçiləri arasında razılaşmalar çay içərək əldə olunur".
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Independent" nəşri yazır.
Melina Uolliq və Syuzan Freyzerin məqaləsində Azərbaycan çayı Bakıda keçirilən COP29-un ayrılmaz hissəsi kimi nəzərdən keçirilir və bu bitkinin qlobal iqlim dəyişikliyi qarşısında ciddi təhdidlə üzləşdiyi bildirilir.
"Builki iqlim sammitinin - COP29-un Azərbaycanda keçirilməsinin ən parlaq rəmzlərindən biri çaydır. Burada şirin, qozlu paxlava və aypara formalı şəkərbura ilə tanış ola bilərsiniz. Azərbaycan pavilyonunda ənənəvi milli geyimlərdə olan qadınlar ziyarətçilərə isti çay ikram edirlər. Lakin yüksələn temperatur, quraqlıq, güclü yağış və eroziya çay bitkilərinə, onların becərildiyi torpaqlara ziyan vurduğu üçün dünyanın bəzi yerlərində çayçılıq yarıdan çox azala bilər.
Elm adamları çay növlərini təkmilləşdirməyin yollarını araşdırır və iqlim dəyişikliyindən ağır zərbə alan bir çox digər məhsullar kimi çay istehsalının şimala doğru köçürüləcəyinə hazırlaşırlar.
Bu sevimli içkinin təhlükəli gələcəyi xatırladır ki, dünya Paris Sazişində müəyyən edilmiş qlobal istiləşmə hədəflərini yerinə yetirə bilməsə, planetin bir çox əraziləri nəinki əziyyət çəkəcək, həm də əvəzolunmaz mədəni sərvətlərini itirəcək.
Sadə insanlar, eləcə də istehsalçılar üçün iqlim dəyişikliyi, qida və içki seçimləri bir-biri ilə sıx bağlıdır. Bu, Bakıda COP29 məkanının yemək meydançasına daxil olduqda dərha hiss edilir", - məqalədə qeyd olunur.
Seçilən
29
oxu.az

1Mənbələr