"Tədbirdə müxtəlif ölkələrdən qonaqların iştirak etməsi müsbət məqamdır".
İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və idman naziri Fərid Qayıbov COP29-a dəstək xarakterli “Təmiz suda avar çək!” devizi altında keçirilən yürüş haqqında danışarkən deyib.
O bildirib ki, yürüşün keçirilməsində əsas məqsəd su problemlərinə diqqət çəkməkdir: "Bu gün Bakıda növbəti idman tədbiri keçirilir. Mən tədbirin təşkilatçısı olan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təşəkkür edirəm. Burada müxtəlif ölkələrdən qonaqların iştirak etməsi müsbət məqamdır. Bildiyiniz kimi bu gün Prezident İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşüb. Bu tədbirin COP29 çərçivəsində keçirilməsinin də xüsusi önəmi var. Yürüşümüzün devizi “Təmiz suda avar çək!”dir. Tədbirin adından da məlumdur ki, bizim əsas məqsədimiz su problemlərinə diqqət çəkməkdir".
Aytac Sahəd
İdman.biz