Bakı. Trend:
Fermerlər Taylandın ən həssas sosial qrupudur.
Trend xəbərverir ki, bunu Tayland Nümayəndələr Palatasının üzvü Sanivan BuabanCOP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və AzərbaycanRespublikası Milli Məclisinin birgə təşkil etdiyi Parlament Görüşüçərçivəsində “İnsanların mobilliyinin və iqlim dəyişikliyinin idarəedilməsi: İqlim dəyişikliyinin səbəb olduğu miqrasiya və yerdəyişməproblemlərinin həlli” mövzusunda panel sessiyasında çıxışı zamanıdeyib.
"Tayland iqtisadiyyatı kənd təsərrüfatı sektorundan çoxasılıdır, fermerlər ən həssas qruplardan biridir. Əkin təqviminiplanlaşdırarkən, getdikcə daha az proqnozlaşdırıla bilən havaşəraitinə etibar etməyə məcbur olurlar. Bəzi bölgələrdə daşqınlarvə uzun sürən quraqlıq kimi tez-tez baş verən ekstremal hadisələronların həyatına ciddi təsir edir.
Kasıb kənd əyalətlərində, xüsusən də Taylandın şimal-şərqindəfermerlər üçün xüsusilə çətindir. Təkrarlanan quraqlıqlarməhsuldarlığı azaldır və bir çoxlarını ailələrini dolandırmaq üçüniş axtarışında müvəqqəti olaraq şəhər ərazilərinə köçməyə məcburedir", - o bildirib.
Qeyd edək ki, tədbirdə Parlamentlərarası İttifaqının (IPU)Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova da iştirak edir.
Xatırladaq ki, ötən gün Bakıda COP29 çərçivəsindəParlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgətəşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. TədbirdəParlamentlərarası İttifaqın prezidenti Tulia Akson, AzərbaycanMilli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarasıİttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatıSevil Mikayılova iştirak ediblər.
İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.