AZ

Frank Peloni cəzalandırılmalı və Azərbaycanı tərk etməlidir - FOTO

Dünən biz burada sakit şəkildə aksiyamızı keçirirdik. Ancaq Frank Peloninin köməkçiləri, mühafizəçiləri haqsız olaraq buna mane olmaq istədilər və bizə müxtəlif dərəcəli çoxlu xəsarətlər yetirdilər. Bununla da Peloni öz əqidəsini və bizim xalqa bəslədiyi çirkin münasibətini ortaya qoydu, özünü ifşa etdi.

Bizim.Media xəbər verir ki, bu sözləri noyabrın 17-də Bakıda Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən ABŞ konqresmeni Frank Peloniyə qarşı keçirilən etiraz aksiyasında iştirak edən “Sosial-iqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.
 

“Azərbaycanın vətəndaşına nifrət edən, zorakılıq edilməsi əmrini verən belə bir şəxsin Azərbaycanda qalmasını, ən mötəbər tədbirində iştirakını qəbul edə bilmərik. O, cəzalandırılmalı və Azərbaycanı dərhal tərk etməlidir”, - deyə aksiya iştirakçısı qeyd edib.


Xəsarətləri və qarşılaşdıqları zorakılıqla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildirən Rəhilə Mehtiyeva səbəbkarların yaxın zamanda mütləq cəzalanacağına ümidvar olduğunu söyləyib.



Bizim.Media

Seçilən
45
5
bizim.media

10Mənbələr