AZ

İran iqlim dəyişikliyi sahəsində parlamentlərarası fəaliyyətlə bağlı təkliflər hazırlayıb

Bakı. Trend:

İran iqlim dəyişikliyi sahəsində parlamentlərarası fəaliyyətləbağlı təkliflər hazırlayıb.

Trend xəbər verirki, bu barədə İran Parlamentinin nümayəndəsi Rəhmətullah NovruziCOP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və AzərbaycanRespublikasının Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilənParlament Görüşü çərçivəsində “İnsanların hərəkətliliyinin və iqlimdəyişikliyinin idarə edilməsi: iqlim dəyişikliyinin səbəb olduğumiqrasiya və yerdəyişmə problemlərinin həlli” mövzusunda paneliclasında çıxışı zamanı deyib.

"Bu məsələlərdə parlamentlərin rolu son dərəcə vacibdir.Parlamentlər əməkdaşlığı gücləndirə, qanun layihələrininhazırlanmasında təcrübə mübadiləsi apara, dövlətlərin iqlimdəyişikliyinə uyğunlaşma imkanlarını gücləndirə və parlamentdiplomatiyası vasitəsilə təbii ehtiyatların idarə edilməsi,beynəlxalq normaların kodlaşdırılması və proqramların hazırlanmasısahəsində əməkdaşlıq edə bilərlər. İran İslam Respublikasıparlamentlərarası fəaliyyətlə bağlı təklif hazırlayıb və bu təklifdaha sonra təqdim olunacaq", - deyə o bildirib.

Novruzi qeyd edib ki, altı miqrasiya marşrutu İrandan keçir vəbu, ölkə üçün xüsusi problemlər yaradır. "İqlim dəyişikliyi inkişafetmiş ölkələrin sənayeləşməsi, ətraf mühitin dağıdılması və silahlımünaqişə nəticəsində baş verib. Bu amillər çoxsaylı problemlərəsəbəb olub", - deyə o bildirib.

"İran milyonlarla Əfqanıstan qaçqınını qəbul edir və ölkəmizonları dəstəkləmək üçün hər il 10 milyard dollardan çox vəsaitxərcləyir. Beynəlxalq ictimaiyyət bu problemə ciddi yanaşmalıdır.Bundan əlavə, iqlim dəyişikliyi və ekoloji problemlər İran vəƏfqanıstan sərhədində yerləşən çaylarda bəndlərin tikintisi ilədaha da ağırlaşır. Bu, xüsusilə Sistan və Bəlucistan əyalətininsakinlərinə təsir edir və bu, təcili tədbir görülməsini tələbedir", - deyə o əlavə edib.

Seçilən
16
1
az.trend.az

2Mənbələr