AZ

24 yaşlı qadının müəmmalı ÖLÜMÜ


Londonda yaşayan 24 yaşlı qadın evindən 10 metr aralıda avtomobilin arxa baqajında tapılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki,  Londonda evinin təxminən 10 metrliyində avtomobilin yük yerində ölü tapılan 24 yaşlı qadının müəmmalı ölümü İngiltərəni şoka salıb.  Londonun şərqində cəsədi tapılan Harşita Brellanın bir tanışı tərəfindən öldürüldüyü ehtimal edilir.

Məsələ ilə əlaqədar Nortamptonsire polisi çərşənbə günü Harşitanın itkin düşdüyü barədə məlumat alıb. Əməliyyat qrupu onun Skeqsessdəki ev ünvanına gedib, ancaq evdə heç kim olmayıb.

Cümə axşamı itkin düşmüş şəxsin təhqiqatına başlandıqdan və araşdırmalar gücləndirildikdən sonra onun daimi  olduğu ərazidə maşınların birində axtarışın aparılmasına qərar verilib. 

Eyni zamanda hadisə şahidlərinin dindirilməsi prosesinə start verilib, hazırda şəhidlərin dindirilməsi prosesi ifadə verib.

Hadisə şahidi polisin Britaniya qəzetinə gəlişini belə izah edib: “Polislər diqqətlərini bir avtomobilə yönəldirdilər. Baqajdan qəribə qoxu gəlirdi, polis baqajı açanda vahimə hər yanı bürüdü, içində qadın cəsədini gördük”.

Digər hadisə şahidi həftənin əvvəlində küçədə xırıltılar eşitdiyini, lakin hava çox sərt olduğu üçün çölə baxmadığını deyən həmin şahid, “Burada həmişə narkotik alveri, davalar olur, ona görə əhəmiyyət vermədim .

Ötən gün Lester Royal-da aparılan məhkəmə tibbi ekspertizası Harşitanın öldürüldüyünü təsdiqləyib, amma hələlik hadisədə şübhəli bilinən bir şəxs yoxdur.

Bundan başqa, Harşitanın Korbidəki evindəki bir qonşu,  gənc qadının yaşadığı evdə son bir il ərzində təxminən 12 nəfərin yaşadığını söyləyib, hətta digər millətlərdən olan şəxslərin də həmin evdə yaşadığı bildirilir. 

Hazırda müstəntiqlər işin icrasını davam etdirir, bu hadisədə şahidlər əsas güc kimi hesab edilir. Son zamanlar Londonda beli müəmmalı hadisə demək olar ki, olmayıb.


Seçilən
44
news24.az

1Mənbələr