AZ

Türkiyədə sosial media fenomeni canlı yayımda HƏMKARINI GÜLLƏLƏDİ

Türkiyədə Cansum Şener və Çağlayan Yıldırım adlı sosial media fenomenləri arasında dava düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Dava zamanı Şener həmkarı Yıldırımı tapança ilə vuraraq yaralayıb. Hadisə anını canlı yayımda paylaşan Çağlayan Yıldırım müalicə üçün xəstəxanaya aparılıb.

İnsident Ankaranın Sincan rayonunda baş verib. Aralarında düşmənçilik olduğu öyrənilən qadınlar paylaşdıqları məkanda görüşüblər. Tərəflər arasında yaranan mübahisə zamanı Cansum Şener Çağlayan Yıldırımı tapança ilə ayağından vuraraq yaralayıb.

Seçilən
38
13
publika.az

10Mənbələr